Hörmüz boğazında gəmi hərəkəti dayanma həddinə çatıb
Hörmüz boğazında daha iki gəminin hücuma məruz qalmasından sonra dəniz nəqliyyatı faktiki olaraq dayanma həddinə çatıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin dövlətə məxsus “Abu Dhabi National Oil Company” şirkətinə aid iki gəmi cümə axşamı axşam saatlarında boğazdan keçərkən hücuma məruz qalıb. BƏƏ hökuməti hadisəyə görə İranı günahlandırıb, Tehran isə hadisə ilə bağlı dərhal açıqlama verməyib.
Gəmi hərəkətlərini izləyən “Kpler” şirkətinin məlumatına görə, cümə axşamı boğazdan 9 gəmi keçib. Bu göstərici çərşənbə günündəki 5 gəmidən çox olsa da, avqust ayı üzrə gündəlik orta göstəricidən aşağıdır. Cümə günü səhər saatlarında isə boğazdan keçən gəmi qeydə alınmayıb.
16:25 14.08.2026
Oxunuş sayı: 48