Cənubi Qafqazda yeni ittifaq formalaşa bilərmi?
Cənubi Qafqazda yeni regional əməkdaşlıq modelinin formalaşdırılması ideyası yenidən gündəmə gəlib. Azərbaycan, Gürcüstan və Ermənistanı bir araya gətirəcək mexanizmin yaradılması ilə bağlı səsləndirilən təkliflər fonunda, bölgədə təhlükəsizlik və iqtisadi inteqrasiya məsələləri daha da аktуallaşır.
Mövzu ilə bağlı keçmiş
xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a açıqlama verib.
"Cənubi Qafqazda “3+3” platforması yaranmışdır, yəni Rusiya, Türkiyə, İran, bir də Azərbaycan, Ermənistan, Gürcüstan bunlara aiddir. İlk növbədə iqtisadiyyatdan danışılır. Əsas məsələlər iqtisadidir və baxmayaraq ki, Gürcüstan hələlik qoşulmayıb, lakin ikitərəfli işlər aparılacaqdır".

E.Məmmədyarov güman edir ki, bu istiqamətdə də iş aparmaq
lazımdır:
"Türk Dövlətləri Təşkilatının çərçivəsində təhlükəsizlik
baxımından bu məsələlər müzakirə olunsun. Çünki bir var ki, mədəniyyət, bir də
var siyasət, iqtisadiyyat, qaz satmaq, borular və s.
Amma bu, müəyyən keçid mərhələsində məsələ qaldıracaq ki, bu
boruların, yəni iqtisadiyyatın və ümumiyyətlə mədəniyyətin təhlükəsizliyini də
qorumaq lazımdır və məncə bu istiqamətdə işə artıq
aşlamaq lazımdır və bu istiqamətdə iş daha tez gedə bilər. O
ki qaldı “3+3” formatına, yəni Ermənistan,
Gürcüstan, Rusiya, İran və s., inanmıram ki, orada təhlükəsizlik məsələləri
ciddi şəkildə müzakirə oluna bilər, amma müəyyən səviyyədə müzakirə
olunar".
Fatimə
14:03 09.04.2026
Oxunuş sayı: 535