Paşinyana qarşı insident araşdırılır - saxlanılanlar var
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı paytaxt Yerevanda Müqəddəs Anna kilsəsində baş verən insidentlə bağlı cinayət işi açılıb.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir
Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyanın açıqlamasına görə, hadisə çərçivəsində üç nəfərə ittiham irəli sürülüb və onlar saxlanılıb. Saxlanılan şəxslər 18 yaşlı Davit və Mikael Minasyan qardaşları, həmçinin ictimai-siyasi fəal Gevork Gevorkyandır.
Davit Minasyana xuliqanlıq və vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə maddələri ilə ittiham irəli sürülüb.
Mikael Minasyan xuliqanlığa kömək etmək və vəzifəli şəxsin fəaliyyətinə müdaxilədə iştirakda təqsirləndirilir. Gevork Gevorkyan isə xuliqanlığın və vəzifəli şəxsin fəaliyyətinə müdaxilənin təşkilində ittiham olunur.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Fidan Şahkərəmova
12:15 31.03.2026
Oxunuş sayı: 50