Azərbacan-Ermənistan sülh sazişindən Gürcüstan necə yararlana bilər?
Ermənistanla Azərbaycan arasında Trampın vasitəçiliyi ilə əldə olunan sülh müqaviləsi bütün Cənubi Qafqaz üçün yeni imkanlar açır.
Xüsusilə, Gürcüstan bu müqavilədən həm fayda götürə, həm də bölgədə sabitliyə töhfə verə bilər. ABŞ Gürcüstanla əlaqələri gücləndirməyə və ikitərəfli əməkdaşlığı davam etdirməyə çalışır. Departament həmçinin Gürcüstanın regiondakı əməkdaşlıq və münasibətlərin inkişafına sadiqliyini önə çəkir. Bu addımlar Cənubi Qafqazda daha sabit və davamlı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.
Bu barədə Crossmedia.az-a hərbi ekspert Emin Həsənli açıqlama verib:

"ABŞ-nin ən böyük marağı ondan ibarətdir ki, Cənubi Qafqaz bütünlükdə Rusiyanın nəzarətindən çıxsın. O cümlədən, Ukrayna və Şərqi Avropa necə vaxtında nəzarətdən çıxmışsa, elə də Ukrayna, Moldaviya, Gürcüstan, Azərbaycan, Ermənistan və gələcəkdə Belarus bu prosesin dərinləşməsini istəyirlər.
Həmçinin, yaxın müddətdə mərkəzi Avropa, Orta Asiya ölkələrində və Xəzərin şərq sahillərində olan Türk dövlətləri də bütünlükdə Rusiyanın nəzarətindən çıxmasını istəyirlər.
Ona görə Gürcüstanı Azərbaycan-Ermənistan arasında sülhə dəstək verməyə və mane olmamağa çağırırlar. Gürcüstanda narahatlıq var ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Gürcüstandan keçən həm dəmir yolu, həm də quru yolu nəzarətdə olacaq. Belə ki, böyük layihələr Zəngəzur dəhlizindən keçirilir. Təbii ki, bu proses istər-istəməz baş verəcək, amma Gürcüstan da bütünlükdə Qərbə inteqrasiya edəcək və Gürcüstanda normal münasibətlər formalaşacaq".
Ekspert hesab edir ki, Azərbaycan-Ermənistan və Gürcüstan elə bir bölgədədir ki, bu, Rusiya, İran və Qərbin böyük maraqlarının toplaşdığı yerdir:
"Azərbaycan çalışır ki, bölgə maksimum itkisiz normal vəziyyətə gəlsin və ölkə əməkdaşlıq məkanına çevrilsin. Ölkəmizin nəzarəti və ardıcıl və sistemli şəkildə apardığı siyasətlə buna nail olacaq".
Fatimə Məmmədova
17:52 18.02.2026
Oxunuş sayı: 603