Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü müsbət qiymətləndirib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışladığını bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Paşinyanın sözlərinə görə, Azərbaycan istehsalı olan neft məhsulları ilə yüklənmiş dəmiryolu vaqonları artıq yola düşüb və Ermənistana doğru hərəkət edir. O qeyd edib ki, ticarət əməliyyatı özəl şirkətlər arasında həyata keçirilir, lakin bu proses üçün siyasi şəraiti məhz Azərbaycan və Ermənistan arasında əldə olunan sülh mühiti yaradıb.
Baş nazir vurğulayıb ki, regional sabitlik və normallaşma iqtisadi əlaqələrin genişlənməsinə imkan verir və bu cür addımlar tərəflər arasında etimadın möhkəmlənməsinə xidmət edir.
Sevinc Yarməmmədova
14:42 18.12.2025
Oxunuş sayı: 1093