ABŞ Avrasiyada mövqeyini gücləndirmək üçün Azərbaycana önəm verir
ABŞ-nin Çini cilovlamaq strategiyası Mərkəzi Asiyada fəal mövcudluq tələb edir və bu kontekstdə Azərbaycan Vaşinqton üçün əsas dayaq nöqtəsinə çevrilib. Məqalənin müəllifi Kəmran Böhari qeyd edir ki, Azərbaycanın coğrafi mövqeyi ABŞ-yə regionda strateji yerləşmə imkanı yaradır.
Crossmedia.az bu barədə “Forbes” nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan Qazaxıstan və Özbəkistana məxsus strateji əhəmiyyətli faydalı qazıntılara çıxış baxımından da mühüm tranzit mərkəzidir. Ölkənin boru kəmərləri, limanları və quru nəqliyyat dəhlizləri onu dayanıqlı tədarük zəncirlərinin əsas həlqəsinə çevirir. Bu səbəbdən Azərbaycanla daha sıx əməkdaşlıq ABŞ üçün enerji və mineral resursların fasiləsiz daşınmasını təmin edə bilər.
Məqalədə həmçinin vurğulanır ki, Cənubi Qafqaz strateji faydalı qazıntılarla zəngindir və bu amil Tramp administrasiyası üçün prioritetlər sırasındadır. Bu baxımdan, Ağ Evin avqust ayında üzərinə götürdüyü öhdəliklər çərçivəsində “Tramp marşrutu” layihəsinin inkişaf etdirilməsi məqsədəuyğun hesab olunur.
Günel Verdiyeva
21:14 16.12.2025
Oxunuş sayı: 972