Rusiya Azərbaycan diasporuna qarşı yeni təzyiq dalğası başlatdı
Son günlər Rusiya Federasiyasında azərbaycanlılara qarşı həyata keçirilən təzyiq xarakterli addımlar ciddi narahatlıq doğurur. Güc strukturlarının nümayişkaranə əməliyyatları ictimaiyyətdə bunun sıradan hüquq-mühafizə tədbiri olmadığı barədə suallar yaradır. Hadisələrin zamanlaması xüsusilə diqqət çəkir. Bu isə proseslərin arxasında siyasi motivlərin dayandığı ehtimalını gücləndirir
Rusiya Xüsusi Təyinatlı Polis Dəstəsi (SOBR) Voronej vilayətində azərbaycanlı diaspor nümayəndələrinə qarşı nümayişkaranə güc əməliyyatı həyata keçirib. Əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu hadisələr Rusiyanın vurduğu Azərbaycan təyyarəsi ilə bağlı istintaqın nəticələrinin açıqlanmasına az qalmış baş verir.
Yaranan mənzərəyə görə, Moskva növbəti dəfə güc tətbiqini və etnik amili qorxutma və siyasi təzyiq aləti kimi istifadə edir. Diaspora isə həssas bir məqamda Bakıya təsir göstərmək üçün girov vasitəsinə çevrilir.
Bu cür addımlar getdikcə neonasist və şovinist metodları xatırladır: seçici reydlər, nümayişkaranə sərtlik, “kimin sahibi olduğunu” göstərmək cəhdi. Artıq bu, hüquq-mühafizə məsələsi deyil, sistemli qorxutma siyasətidir.
Rusiya yenidən güc dilində danışır, çünki həqiqətdən qorxur. Buna görə də təzyiqlər məhz indi artırılır
20:23 13.12.2025
Oxunuş sayı: 1296