Paşinyanı onu devirmək istəyənlərin arzusu ürəklərində qalacaq - Siyasətçi
Ermənistanın
Baş nazir Nikol Paşinyan brifinqdə bildirib ki, Erməni Kilsəsinə
Ktriç Nersisyanın (II Qaregin) mövcudluğundan daha böyük zərər verən heç nə
yoxdur.
“Mənim onunla
çoxsaylı görüşlərim olub və bu söhbətlərdən təəssüratlar məni inandırır ki,
onun müqəddəs Eçmiədzində olması kilsəyə dağıdıcı zərər vurur”, - Paşinyan qeyd
edib.
Məlum olduğu kimi, Ermənistanda daxili siyais vəziyyət kifayət qədər xaotikdir. Hakimiyyət və kilsə arasında qarşıdurma getdikcə daha gərgin səviyyəyə daxil olur. Bunun Ermənisandakı daxili siyasi vəziyyətə, həmçinin qarşıdan gələn parlament seçkilərinin nəticəsində mümkün təsiri isə müzakirə mövzusudur.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, Paşinyan öz rəqiblərinə çox ciddi şəkildə dəlil və sübutlarla cavab verir: "O, Dağlıq Qarabağ iddiasında olan köhnə vəzifə rəhbərliyinin bütün səhvlərini açıb ortaya qoyur. Keçmiş Dağlıq Qarabağdakı “oyuncaq hakimiyyət”də olan bütün adamların səhvlərini, günahlarını, yazışmalarını, sənədlərini hamısını üzə çıxarır və deyir ki, siz istəsəniz, Dağlıq Qarabağ öz əvvəlki statusunu qoruyub Azərbaycanda qala bilərdi. Paşinyan məğlubiyyətə görə Dağlıq Qarabağdakı keçmiş "hakimiyyəti" günahlandırır və bunu sübut edir".
Siyasətçi, Paşinyanın hakimiyyətini qoruyub - saxlayacağına ümid etdiyini bildirib: "Beləliklə, onu devirmək istəyənlərin arzusu ürəklərində qalacaq".
Fatimə Nəzərli
14:49 04.12.2025
Oxunuş sayı: 2726