Paşinyan Ermənistanda "sonuncu mogikan" olacaq? - Sabiq nazir danışdı
Ermənistan baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasından Baş nazir postuna namizəd olacağını bildirib.
O, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Paşinyan əmin edib ki, "Vətəndaş Müqaviləsi" partiyası seçki proseslərinin açıq və şəffaf şəkildə keçirildiyi və qərarların kollegial şəkildə qəbul edildiyi demokratik partiyadır.
Məlum olduğu kimi, Ermənistan dövlətçiliyinin gələcəyi xeyli dərəcədə siyasi lider fenomenindən asılıdır. O da aydındır ki, müxalifət nümayəndələri hakimiyyətə gəlsə ölkənim xarici siyasətində ciddi dəyişikliklər olacaq, həmçinin Azərbaycanla sülh prosesinə zərbə dəyəcək.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanda baş verən proseslər barədə Crossmedia.az-a danışıb: “Bu müsahibədəki fikirlər onun şəxsi qiymətləndirməsidir və gələcək hadisələrin necə inkişaf edəcəyini tam proqnozlaşdırmaq hələ mümkün deyil. Paşinyanın Baş nazir postuna yenidən namizəd olacağı gözlənilən bir addımdır. Onun siyasəti bir neçə müddət ərzində məhz bu məqsədə yönəlib – yenidən hakimiyyətə gəlmək və seçkilərdə qalib olmaq. Paşinyanın açıqladığı gələcək planlar həm Ermənistana, həm də regiona aid siyasətə açıq mesajlar ehtiva edir. Əsas sual budur: bu bəyanatlar gerçək siyasətə necə çevriləcək?
Seçicilərin reaksiyası hələ məlum deyil – Paşinyana səs verəcəklərmi? Buna görə də yaxın gələcəkdə seçkilərin nəticələrinə və ondan sonra formalaşacaq siyasətə dair dəqiq proqnoz vermək hələ erkəndir".
Fidan Bəhmənov
16:50 27.11.2025
Oxunuş sayı: 882