Azərbaycan və Türkiyəni qatar yolu ilə birləşəcəyi tarix açıqlanıb
Zəngəzur dəhlizi yaxın zamanda açılacaq. Təxmin edirəm ki, 3-5 ilə Azərbaycan və Türkiyə qatar yolu ilə birləşəcək.
Crossmedia.az xəbər verir ki, bunu türkiyəli iqtisadçı, iqtisad elmləri doktoru Mövlud Yüksəl AMEA-da keçirilən "Müasir ipək yolu üzərində türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər" mövzusunda keçirilən elmi seminarda deyib.
O qeyd edib ki, hazırda Türkiyə və Azərbaycan arasında olan 6 milyardlıq iqtisadi dövriyyə 15 milyarda qalxa bilər.
Ayhan
11:44 21.11.2025
Oxunuş sayı: 1716