Azərbaycan sərhədində müəmmalı şəkildə qəzaya uğrayan təyyarə barədə: "Pilotların söhbəti..."
Son illər aviasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılan bütün tədbirlərə baxmayaraq, zaman-zaman hərbi və mülki hava vasitələrinin qəza xəbərləri beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli təyyarənin baş vermiş qəzası da həm regionda, həm də genişmiqyaslı aviasiya mühitində böyük diqqətlə izlənən hadisələrdən birinə çevrilib. Strateji daşımalar, humanitar missiyalar və mühüm hərbi əməliyyatlar üçün istifadə olunan bu tip təyyarələrin etibarlılığı uzun illər ərzində dəfələrlə sübuta yetirilsə də, baş verən hər bir qəza, istər istismar, istərsə də texniki təhlükəsizlik baxımından çoxsaylı suallar doğurur.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi yalnız ilkin müşahidələrə əsaslanmır; əksinə, genişmiqyaslı ekspertiza, texniki təhlil, uçuş parametrlərinin araşdırılması və qara qutudan əldə olunan məlumatların dərin təhlili tələb olunur. Bu cür hadisələrdə bircə detal belə mühüm əhəmiyyət kəsb edir. Hava şəraitindən tutmuş, təyyarənin texniki tarixçəsinə, ekipajın hazırlıq səviyyəsinə qədər bütün amillər ardıcıllıqla və peşəkar şəkildə dəyərləndirilməlidir.
Türkiyənin C-130 təyyarəsi ilə bağlı baş vermiş bu qəza, təkcə aviasiya mütəxəssislərini deyil, həm də ictimaiyyəti hadisənin mahiyyəti, mümkün texniki səbəbləri və araşdırmaların istiqaməti barədə daha ətraflı məlumatlara sövq edir. Hadisənin bütün aspektləri aydınlaşdırıldıqca, həm təhlükəsizlik standartlarının daha da təkmilləşdirilməsi, həm də gələcəkdə oxşar halların qarşısının alınması üçün mühüm nəticələr əldə ediləcək.
Hadisənin ilkin ehtimalları ilə bağlı türkiyəli politoloq Ali Fuad Gökce Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Qara qutu"nun araşdırılması, təbii ki, zaman ala bilər. Nəticənin nə olacağını indidən söyləmək çətindir, lakin mən bunu böyük ehtimalla qəza kimi dəyərləndirirəm. Bu, tamamilə texniki bir məsələdir və hazırda bununla bağlı dəqiq fikir yürütməyimiz mümkün deyil".
O bildirib ki, təyyarənin "qara qutu"su həm təyyarədəki danışıqları qeydə alır, həm də uçuş zamanı baş verə biləcək hər hansı bir normadan kənar vəziyyəti aşkar edən sistemə malikdir: "Məsələn, eniş təkərləri açılmadıqda belə, bu sistemi vasitəsilə həmin hal dərhal müəyyən edilir. Beləliklə, həm pilotlar arasındakı söhbətlərin məzmunu məlum olacaq, həm də həmin anda təyyarədə nə baş verdiyi – içəridən və ya kənardan müdaxilə olub-olmadığı, texniki nasazlıq, elektrik sistemində problem, yaxud hidravlik hissədə bir nasazlığın meydana gəlib-gəlmədiyi hamısı ortaya çıxacaq. Mən bunu qəza kimi qiymətləndirə bilərəm. Ümumilikdə, məsələyə bu şəkildə yanaşılır".
Elmir Heydərli
11:53 19.11.2025
Oxunuş sayı: 1684