Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsində həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb - YENİLƏNİB
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin həlak olan 20 hərbçisindən 19-nun nəşi tapılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə A haber-in canlı yayımında məlumat verilib.
Bildirilib ki, digər 2 hərbçinin nəşinin axtarılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.
13:27 12.11.2025
Oxunuş sayı: 1834