Baxçalı: Türkiyə-Azərbaycan əməkdaşlığı sarsılmazdır
Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı bəzi dairələrdə narahatlıq doğurur.
Crossmedia.az Haber Global-a istinadən xəbər verir ki, bu barədə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiyanın iclasında çıxışı zamanı bildirib.
Baxçalı vurğulayıb ki, türk dünyasının iki dövləti — Türkiyə və Azərbaycan arasında dərin qardaşlıq münasibətlərinə kölgə salmağa çalışanlar heç vaxt məqsədlərinə çatmayacaqlar.
O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunaraq bildirib ki, 8 avqustda Vaşinqtonda imzalanan deklarasiya bu prosesə mühüm təkan verəcək.
Partiya sədri Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirərək Qarabağın azad edilməsini tarixi qələbə adlandırıb.
Baxçalı sülh prosesində atılan addımların müsbət nəticələr verəcəyinə inandığını qeyd edib və Azərbaycan xalqını “Zəfər Günü” və “Dövlət Bayrağı Günü” münasibətilə səmimi qəlbdən təbrik edib.
Türkan Kərimli
14:27 11.11.2025
Oxunuş sayı: 1479