Paşinyan: 44 günlük müharibənin qarşısını almaq üçün nə lazım idi?
“44 günlük müharibənin qarşısını almaq üçün nə lazım idi? Bunun üçün bir şey tələb olunurdu: biz Qarabağ məsələsinin həlli ilə bağlı təsəvvür etdiyimiz legitimliyi beynəlxalq legitimliklə uyğunlaşdırmalı idik”.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Təsəvvürləri uyğunlaşdırmaq nəzəri cəhətdən mümkün olsa da, praktik olaraq mümkün deyildi, çünki ilk addımda biz qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, başqa heç bir variant yox idi. Əgər biz düşünürüksə ki, bunu 2018-2019-cu illərdə edə bilərdik, bəli, onda bu mənim səhvim idi ki, bunu etməmişəm”, - deyə o qeyd edib.
10:04 08.11.2025
Oxunuş sayı: 1414