Azərbaycan və Türkiyə orduları arasında inteqrasiya prosesi, demək olar, başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.
"Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik".
ReAL Partiyasının sədri Natiq Cəfərli dövlət başçısının səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a a danışıb: "Türk Dövlətləri Təşkilatının paralel üst qurumlarının yaranması, inteqrasiyanın güclənməsi ilə bağlı ümumi bir qərar var. Bu ümumi qərar tərkibində bir tək siyasi-iqtisadi instutları yox, həm də hərbi və təhlükəsizlik instutlarınında inteqrasiya olunması və birbaşa çox sıx əlaqədə işləməsi çox vacibdir. Yəni türk dövlətləri birliyinin hərbi qulluqçularının və ordularının da uyumlu şəkildə təlimlər vasitəsi ilə birgə fəaliyyət göstərməsi xarici təsirlərdən qorunmaq üçün kifayət qədər doğru bir yanaşmadır. Bölgəmiz, dünya obrazlı dillə desək, qan çanağına dönüb. Çox problemlərlə dolu bir dünyada yaşayırıq. Türk dövlətləri birliyinin özünün hərbi gücünün olması və bu hərbi gücünün dövlətlərin inteqrasiya şəklində fəaliyyət göstərməsi gələcəkdə bölgənin təhlükəsizliyində ciddi bir rol oynaya bilər. Azərbaycanla Türkiyə zatən bu yolla gedir. Azərbaycan və Türkiyə orduları arasında inteqrasiya prosesi, demək olar, başa çatıb. Ciddi şəkildə ildə bir dəfə təlimlər keçirilir, idarəetmədədə bir-birlərinə təsiri var ölkələrin hərbi sahədə təbii ki müsbət mənada. Bu indi orta Asiya ölkələrinə Türküstana yayılır”.
Musayev Fərhad
13:01 08.10.2025
Oxunuş sayı: 1458