Almaniya və Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib

Almaniya Xarici İşlər Nazirliyi və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniya XİN-in Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə rəhbərliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə Cənubi Qafqaz məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh prosesi ilə bağlı hərtərəfli müzakirə apardıq. Avropa regionda dialoq və qarşılıqlı fəaliyyətə töhfə verən əsas oyunçudur", - məlumatda qeyd olunub.
18:40 07.10.2025
Oxunuş sayı: 1043