"Paşinyanın mövcudluğu hiss olunmur, deyir ki..."

Ermənistan parlamenti növbədənkənar iclas çağırıb.
Bildirilib ki, gündəliyə parlamentin hakim "Vətəndaş müqaviləsi" fraksiyası tərəfindən hazırlanan "Ermənistan və Azərbaycan arasında sülhün təsis edilməsi haqqında" bəyanat layihəsi daxil edilib.
Növbədənkənar parlament iclasının gündəliyinə daxil olan məsələlər barədə Crossmedia.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, sülh danışıqlarıyla bağlı olan məsələləri Azərbaycan özü çoxdan bildirib: "Bilirik ki, son günlər baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinin adını onların qane etmədiyini deyib. Daha sonra, sülh sazişinin olacağını bildirib. Lakin, mahiyyət ondan ibarətdir ki, burada kommunikasiyaların açılması hələ 10 noyabr 2020-ci ildə üçtərəfli bəyannamədə təsdiq olunmuşdu. Paşinyan da ona imza atmışdı. O vaxtdan bəri Paşinyan və onun hökməti kommunikasiyaların açılması, dünya birliyinə açılmaq üçün heç nə etməyiblər. Dediyi odur ki, mən burada varam, amma, həm də yoxam. Onun mövcudluğu hiss olunmur. Proyektlərdə iştirak etmir, layihələrə qoşulmur, Azərbaycana, Türkiyəyə problem yaradır. Odur ki, Azərbaycan sülh prosesi ilə Ermənistandan bir neçə addım öndədir".
Politoloq qeyd edib ki, 5 prinsipi onlara təqdim olunduqdan sonra, uzun-uzun düşünməyə başladılar, götür-qoy etdilər və sonda da heçnə olmadı: "Yəni, onların işə yanaşması, heç də ciddi deyil, heç bir təəssürat da doğurmur. Əksinə, sülh istəyən tərəf hər zaman çalışır. ABŞ ilə də 3 tərəfli saziş olduqdan sonra, arada qaranlıq məqam qalmayıb. Sadəcə, burada lazım olan odur ki, Ermənistan Azərbaycanın təşəbbüslərinə qoşulsun, sülh yolunda maneəçilik törətməsin. Və ən əsası da konistitusiyada dəyişiklik edərək, ərazi iddiasını oradan çıxarsın. Bunu edəcəklərsə, o zaman həqiqətən sülh niyyətlərini təsdiqləmiş olacaqlar’’.
Sevinc Yarməmmədova
15:56 02.10.2025
Oxunuş sayı: 3097