İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda balans yerinə oturdu - Türkiyəli politoloq

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu müharibə yalnız torpaqlarımızın azad olunması deyil, həm də xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətli iradəsinin təcəssümü oldu. Azərbaycan xalqı illərdir işğal altında qalan ərazilərinin azad edilməsi uğrunda tarixi mübarizə apardı və nəticədə beynəlxalq hüquqa, tarixi ədalətə və milli ləyaqətə uyğun qələbə qazandı.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən türkiyəli politoloq Hüseyn Şeyhanlıoğlu bildirib ki, İkinci Qarabağ müharibəsindən 5 il keçib və Azərbaycan 30 illik torpaqlarını geri qaytararaq böyük bir uğura imza atıb: "Bu, çox böyük bir uğurdur. Burada Türkiyənin dəstəyi böyük oldu. Əvvəlcə ermənilərin tarixi iddiaları hamısı bitdi- Türkiyədə də, Azərbaycanda da. Cənubi Qafqazdakı balanslar yerinə oturdu. Burada rusların zəifləməsi çox önəmli faktor oldu".
H. Şeyhanlıoğlu söyləyib ki, regionda bağlı risklər hələ də var.
Onun sözlərinə görə, ABŞ və İsrailin regionla bağlı mümkün destruktiv addımlarının qarşısı alınmalıdır.
Mehriban Yariyeva
12:46 28.09.2025
Oxunuş sayı: 4273