Bu Paşinyan üçün göydəndüşmə fürsət olacaq - Deputat

Bildiyimiz kimi 2026-cı ildə Ermənistanda seçkilər keçiriləcək. Ermənistanın “İravunk” nəşri məlumat yayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan artıq 2026-cı il parlament seçkilərinə aktiv şəkildə hazırlaşır. Nəşrə görə, Gümrü və Parakar seçkiləri Paşinyan üçün ciddi həyəcan siqnalı olub ki, hakim partiyanın vəziyyəti ağırdır. “Sosial sorğular da göstərir ki, Nikolun reytinqi hətta 20 faizi belə keçmir. Maraqlıdır Paşinyan Ermənistan liderləri arasında sülhdən çıxış edən və uzlaşmanın vacibiyyətini vurğulayan tək baş nazir idi. Bəs Paşinyanın seçilməmək ehtimalı varmı? Bu zaman proseslər necə irəliləyəcək?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Crossmedia.az-a açıqlama verib: “Təbii ki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində hazırkı hakim partiya ciddi çağırışlarla üz-üzə qalacaq. Amma düşünürəm ki, Paşinyan reytinqində az da olsa revanş götürə biləcək. Həmin prosesə qədər yəqin ki, ABŞ və Ermənistan o cümlədən Azərbaycanla ABŞ arasında müəyyən layihələrin həyata keçirilməsi üçün ilkin razılaşmalar əldə oluanacaq. Böyük investisiyalar axacaq. Bu Paşinyan üçün göydəndüşmə fürsət olacaq. Bu layihələrin həyata keçirilməsi Ermənistan vətəndaşları üçün də müəyyən fikir dəyişikliyinə səbəb olacaq. Digər bir tərəfdən isə Ermənistan əhalisi anti-Rusiya müstəvisinə köklənib. Buna görə Qərbin də Paşinyana ciddi dəstəyi var. Bu dəstək də Paşinyanın xeyrinədir. Bunun fonunda da Ermənistan Qərbə inteqrasiya edəcək. Bu da Ermənistan vətəndaşlarının Paşinyan lehinə səs verməsində müsbət rol oynayacaq”.
Ayhan
18:07 16.09.2025
Oxunuş sayı: 733