"Ermənilər münasibətlərini dəyişməsələr, biz oradakı faşizmi məhv edəcəyik" - AÇIQLAMA

Azərbaycan əsilli Niderland müğənnisi Sevdalizanın (Sevda Əlizadə) İrəvanda keçiriləcək festival iştirakçılarının siyahısına daxil edilməsi ermənilərin kütləvi psixoz xadakterli etirazına səbəb olub.
Məsələ ilə bağlı Crossmedia.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, bu, ermənilərin vəhşi xarakterini, geri zəkalı olduqlarını, primitivliyini, hələ də mağara düşüncəsində qaldıqlarını göstərir: “Biz onlara dəfələrlə güzəşt etmişik, onlar isə dəfələrlə bizə qarşı cinayətlər törədiblər. Hər dəfə bağışlamışıq, amma onlar heç nəyi başa düşmürlər. Onlar anlamırlar ki, azərbaycanlılar onlara heç nə etməyib. Amma bu cür psixoloji vəziyyət və bu cür sarsaq proqnozla hara getmək istəyirsiniz? Bu onu göstərir ki, onlara qarşı hər hansı bir xoş münasibətin heç bir mənası yoxdur. Sabah onlar etiraz aksiyası keçirə bilərlər. Düşüncəsiz, mənasız adamlardır”.
Akif Nağı bildirib ki, vaxtilə ermənilərin istər müğənnisi, istər siyasətçisi, istər deputatı, istərsə də hərbçisi Azərbaycana, Bakıya gəlməsinə sərt etiraz ediblər: “Türməyə düşmüşük, aksiyalarda zorla qarşılaşmışıq. Amma məqsədimiz işğalçı ermənilərin nümayəndələrinin Azərbaycana gəlməsini əngəlləmək idi. Bu, sadə bir məsələ deyildi. Erməni tərəfi düşünürdü ki, onların torpaqları işğal edilib və müharibənin birinci hissəsini qalibiyyətlə başa vurublar. İndi isə ikinci mərhələdə bu məğlubiyyəti Azərbaycan xalqına qəbul etdirmək istəyirlər. Biz bu planın qarşısını alırdıq və məqsədimizə çatdıq. Biz haqlı olduğumuzu zamanla sübut etdik. İndi isə bu insanlar nə demək istəyirlər? Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə etiraz edirlər. Azərbaycan torpaqları işğaldan azad edilməməliydi?”
Partiya sədri əlavə edib ki, əgər ermənilər Azərbaycana qarşı düşmənçiliyi davam etdirəcəklərsə adekvat addımlar atılacaq: “İrəvan, Göyçə, Gümrü, Dərələyəz – hamısı Azərbaycanın torpaqlarıdır və biz öz torpaqlarımıza sahib çıxacağıq. Ümumiyyətlə, ermənilərin Qafqazda yeri yoxdur. Onlar buraya 19-cu əsrin əvvəllərində gəlib və 200 ildir burada olsalar da, uyğunlaşa bilməyiblər, qafqazlı ola bilməyiblər, Qafqaz xarakterini mənimsəyə bilməyiblər. Onlar Qafqazda yeganə toplumdur ki, ləzginka rəqsini oynaya bilmirlər. Qafqazın bütün xalqları ləzginkanı yüksək səviyyədə oynayır – azərbaycanlılar, ləzgilər, avarlar, gürcülər. Amma ermənilər heç vaxt uyğunlaşmayıblar. Ona görə də münasibətimiz onlara qarşı sərtdir: Azərbaycan onları heç vaxt bağışlamamalıdır. Bəzən deyirlər ki, onlarla barışmaq lazımdır. Xeyr, barışmaq lazım deyil. Onları yaxına buraxmaq lazım deyil. Onları daim təcrid olunmuş vəziyyətdə saxlamaq lazımdır – həm mənəvi, həm inzibati, həm diplomatik baxımdan. Təcriddə saxlamalıyıq ki, onlar buradan çıxıb getsinlər.”
Akif Nağı Prezident İlham Əliyevin açıqlamasına istinad edərək bildirib: “Son günlərdə Azərbaycan Prezidentinin açıqlaması oldu. O, Ermənistan dövlətini nəzərdə tutaraq dedi ki, biz faşist dövləti ilə qonşu olduğumuzu nəzərə alırıq. Onlar öz hərəkətlərini, münasibətlərini dəyişməlidirlər. Əgər etməsələr, biz bu faşizmi orada məhv edəcəyik. Prezidentin mövqeyi kifayət qədər aydındır. Özünüzü düzəldin: ya adam olun, ya da əgər adam olmayacaqsınızsa, biz haqqımızı qorumaq üçün adekvat addımlar atacağıq. Azərbaycana qarşı düşmənçiliyi davam etdirdiyiniz halda, siz bölgəni tərk etməlisiniz".
Mehriban Yariyeva
21:45 25.08.2025
Oxunuş sayı: 1246