Ekspert: "Paşinyan istefaya gedə bilər"

"Ermənistan baş naziri Nikol Paşinyan daxili nüfuzuna və ya hərbi uğurlarına görə deyil, faydalı və uyğun olduğu üçün hakimiyyətdə qalır".
Bu fikirləri Crossmedia.az-a geniş müsahibəsində Türkiyənin Orta Doğu Texniki Universitetinin professsoru, politoloq Mustafa Türkeş deyib.
"Əgər Paşinyan öz rolunu oynaya bilməzsə və ya bundan imtina edərsə, onun istefası real ola bilər. Lakin hazırda o, həm daxildə, həm də diaspor arasında balans saxlamağa çalışır", - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/30192
Ləman Həsənova
17:06 13.05.2025
Oxunuş sayı: 796