ADY sərnişindaşımada rekord göstərici açıqlayıb
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb.
Crossmedia.az ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.
Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarla 468 min (11% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 96 000-dən çox sərnişin səfər edib.
Bu ilin oktyabrında 1,3 milyon nəfərdən çox sərnişin daşınmaqla aylıq sərnişin sayı üzrə ən yüksək göstərici qeydə alınıb.
17:21 13.11.2026
Oxunuş sayı: 106