Cey Di Vens prezident seçkilərində iştirakdan imtina edə bilər
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərdə ağır məğlubiyyətindən sonra 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməmək imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “CNN” telekanalı bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ-nin İrana qarşı apardığı müharibənin cəmiyyətdə narazılıq yaratması və Donald Trampın MAGA siyasi hərəkatı daxilində fikir ayrılıqlarının güclənməsi Vensin prezidentlik perspektivləri ilə bağlı suallar doğurub.
Vens Respublikaçılar Partiyasının seçkilərdəki məğlubiyyətini açıq şəkildə İran müharibəsi ilə əlaqələndirib. Bildirilir ki, onun bu mövqeyi Prezident Donald Trampın narazılığına səbəb olub.
Eyni zamanda, Respublikaçılar Partiyasının digər potensial namizədləri 2028-ci il prezident seçkilərinə hazırlıq istiqamətində siyasi fəallıqlarını artırmağa başlayıblar.
Vensə yaxın şəxslərdən biri bildirib ki, vitse-prezidentin yaşı gələcəkdə yenidən prezidentlik uğrunda mübarizə aparmasına imkan verir.
“Sadəcə, ola bilsin ki, indi onun zamanı deyil”, – deyə mənbə qeyd edib.
Bununla belə, Vens 2028-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə yekun qərar qəbul etməyib.
16:43 13.11.2026
Oxunuş sayı: 92