Hindistanda müəssisədə partlayış can aldı
Hindistanın Andhra-Pradeş ştatında yerləşən Sri City xüsusi iqtisadi zonasında fəaliyyət göstərən özəl əczaçılıq şirkətində güclü partlayış baş verib.
Crossmedia.az xəbər verir ki, NDTV-nin məlumatına görə, müəssisədə qazanxanada baş verən partlayış nəticəsində azı 5 işçi həyatını itirib, 10 nəfər isə ağır yaralanıb.
Hadisədən sonra əraziyə xilasedici və təcili yardım briqadaları cəlb olunub. Yaralıların xəstəxanalara yerləşdirildiyi bildirilir.
Andhra-Pradeş ştatının daxili işlər naziri Vanqalapudi Anita hadisə yerinə səfər edəcək.
Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.
14:28 03.10.2026
Oxunuş sayı: 58