Şahin Mustafayev: Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb
Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı fərziyyələri təkzib edib.
Crossmedia.az xəbər verir ki, Ş. Mustafayev bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşdə bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin 40 günlük müharibədə (ABŞ-İran münaqişəsi - red.) döyüşlərin başa çatdırılması və sülhün bərqərar edilməsi ilə bağlı mövqelərini iki ölkə arasındakı isti münasibətlərin göstəricisi hesab edirik", - Ş. Mustafayev bildirib.
Qeyd olunub ki, İran Azərbaycan üçün dost ölkədir.
20:57
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşdə ABŞ və İsrailin İrana hücumu bütün beynəlxalq qanunlara zidd olduğu və İslam respublikasının özünü qüdrətlə müdafiə etdiyi barədə Azərbaycan tərəfi məlumatlandırılıb.
"Tramp elə bir bataqlığa düşüb ki, nə danışıqlar apara bilir, nə də döyüşə bilir", - Rezai deyib və əlavə edib ki, İranın şərtləri Amerikaya elan edilib.
Xatırladaq ki, dünən Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.
21:35 29.09.2026
Oxunuş sayı: 42