Rusiyada hərbi təyyarə qəzasında 6 nəfər öldü
Rusiyanın Amur vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, bir nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Baza” bu barədə məlumat yayıb.
Hadisə Krasnoyanovo kəndi yaxınlığında baş verib. Təyyarədə 7 nəfər olub.
Məlumata görə, sağ qalan şəxs orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qəzanın ilkin səbəbi kimi təyyarədə yanacaq partlayışı göstərilir.
Yayılan məlumatlarda qəzaya uğrayan təyyarənin Tu-95 olduğu bildirilir.
19:27 29.09.2026
Oxunuş sayı: 35