ABŞ İran-İraq arasında uçuşlara müvəqqəti icazə verəcək
ABŞ İran və İraq arasında şiə zəvvarların daşınması üçün həyata keçiriləcək uçuşlara müvəqqəti sanksiya istisnası tətbiq etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, məlumata görə, bu istisna “Iraqi Airways” aviaşirkətinə İran ilə İraqın Nəcəf şəhəri arasında uçuşlar həyata keçirməyə imkan verəcək.
ABŞ Maliyyə Nazirliyinin verəcəyi icazənin ilkin olaraq bir ay müddətində qüvvədə olacağı bildirilir. Daha uzunmüddətli istisnanın tətbiqi ilə bağlı qərarın isə sonradan qəbul edilə biləcəyi qeyd olunur.
18:22 29.09.2026
Oxunuş sayı: 41