Estoniya Rusiyanı hərbi zavoda hücumda ittiham etdi
Estoniya Rusiyanı ölkədə hərbi zavodun yandırılmasının təşkilində ittiham edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Hadisə avqustun 15-nə keçən gecə Tallinnin Lasnamyaye rayonunda yerləşən “Milrem Robotics” şirkətinin zavodunda baş verib. Müəssisədə Ukraynada istifadə olunan “THeMIS” yerüstü pilotsuz sistemləri istehsal edilir.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, hadisə Rusiyanın Avropada həyata keçirdiyi daha geniş sabotaj kampaniyasının bir hissəsidir.
Nazirin sözlərinə görə, hadisədə şübhəli bilinən şəxslər saxlanılıb və onların Estoniyanın milli təhlükəsizliyi üçün artıq təhlükə yaratmadığı bildirilir.
Tsaxkna qeyd edib ki, Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. O, həmçinin Tallinin Ukraynaya dəstəyi və Rusiyaya qarşı təzyiqi artıracağını açıqlayıb.
18:20 29.09.2026
Oxunuş sayı: 36