Rusiyada hərbi təyyarə qəzaya uğradı - Ölənlər var
Amur vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qəzanın Tu-154 təyyarəsi deyil, sursatsız təlim uçuşu həyata keçirən Tu-95 strateji bombardmançı-raket daşıyıcısı ilə əlaqəli olduğunu açıqlayıb.
Nazirlik təyyarənin yaşayış olmayan ərazidə qəzaya uğradığını vurğulayıb. Hadisə nəticəsində altı nəfər ölüb.
17:44 29.09.2026
Oxunuş sayı: 37