ABŞ 20 ildən sonra İraqdan qoşunlarını çıxarır
ABŞ hərbçilərinin İraqdakı son bazalardan çıxarılması prosesi başa çatmaq üzrədir.
Crossmedia.az xəbər verir ki, ABŞ hərbçilərinin çərşənbə gününədək İraqdakı son mövqelərini tərk etməsi gözlənilir.
Reuters-in məlumatına görə, ABŞ qoşunlarının çıxarılması İranda və onun İraqdakı müttəfiqləri tərəfindən qələbə kimi qiymətləndirilir.
İraqlı təhlükəsizlik ekspertləri hesab edirlər ki, ABŞ qüvvələrinin ölkədən çıxması Tehranın və onun müttəfiqlərinin İraqdakı təsirini artıra bilər. Həmçinin bu vəziyyət Vaşinqtonun digər rəqiblərinin bölgədə təsir imkanlarını genişləndirməsi üçün şərait yarada bilər.
Qeyd edək ki, ABŞ ordusu İraqa 2003-cü ildə Səddam Hüseyn rejiminin devrilməsi ilə başlayan hərbi əməliyyatlar çərçivəsində daxil olmuşdu.
17:36 29.09.2026
Oxunuş sayı: 41