Hörmüz boğazından keçən ticarət gəmisində yanğın baş verib
Hörmüz boğazından keçən ticarət gəmisində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, “Fars” hadisə barədə dəniz təhlükəsizliyi şirkəti “Ambrey”ə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə boğazın cənub marşrutunda, Omanın Xasb şəhərinin şimal hissəsində baş verib.
Gəminin hansı ölkənin bayrağı altında üzməsi, yanğının səbəbi və hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə məlumat verilməyib.
Hadisənin Hörmüz boğazında gəmiçilik üçün hansı nəticələrə səbəb olduğu da hələlik açıqlanmayıb.
17:22 29.09.2026
Oxunuş sayı: 43