Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb
Rusiyanın Amur vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Mazanov rayonunda qəzaya uğrayan təyyarənin göyərtəsində 9 nəfər olub.
Yaralanmış bir nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.
16:59 29.09.2026
Oxunuş sayı: 42