BƏƏ: İran üç adanı işğal edib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) BMT-də İranın nəzarətində olan üç ada ilə bağlı etirazını bildirib.
Crossmedia.az xəbər verir ki, BƏƏ-nin BMT-dəki nümayəndəsi Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının ölkəyə məxsus olduğunu və İranın nəzarəti altında qaldığını iddia edib.
Diplomat bildirib ki, BƏƏ bu adalarla bağlı İranın mövqeyini qəbul etmir.
“Biz üç adanın davam edən İran işğalını qəti şəkildə rədd edirik”, – deyə nümayəndə qeyd edib.
Qeyd edək ki, Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının statusu uzun illərdir İran və BƏƏ arasında mübahisə mövzusu olaraq qalır. İran isə adalar üzərində suverenliyinin olduğunu bildirir.
16:29 29.09.2026
Oxunuş sayı: 46