Rusiya Ukranya müharibəsində 1.2 MİLYON HƏRBİÇİ İTİRİB
NATO Baş katibi Mark Rütte Rusiyanın Ukraynada davam edən müharibə zamanı itkiləri ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Rütte Rusiyanın hazırda əlverişli vəziyyətdə olmadığını, iqtisadiyyatının da çətinliklərlə üzləşdiyini bildirib.
NATO rəhbəri qeyd edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarda ay ərzində 40 mindən çox insan itirdiyi iddia olunur.
“Bu rəqəmlər çox böyükdür. Bu, ilk növbədə həmin insanların ailələri üçün dəhşətli xəbərdir”, – deyə Rütte bildirib.
O, həmçinin Rusiyanın müharibədə böyük insan itkiləri hesabına hərəkət etdiyini və bu vəziyyətin davam etdiyini vurğulayıb.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə 2022-ci ilin fevralından davam edir. Münaqişə ilə bağlı tərəflərin itki rəqəmləri fərqlənir və müstəqil şəkildə tam təsdiqlənməsi çətindir.
16:01 29.09.2026
Oxunuş sayı: 44