ABŞ-İran danışıqları: Tehran uranın zənginləşdirilməsinə fasilə verməyə hazırdır?
İranın ABŞ tərəfindən tətbiq olunan sanksiyaların yumşaldılması müqabilində uranın zənginləşdirilməsi fəaliyyətini müvəqqəti dayandırmağa hazır olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Pakistandakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran və ABŞ arasında aparılan danışıqlarda mümkün razılaşmanın əldə olunmasında vasitəçilər mühüm rol oynayıb.
Bildirilib ki, tərəflər arasında müzakirələr davam edir. Lakin İranın rəsmi nümayəndələri yayılan məlumatı hələlik şərh etməyib.
Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı məsələlər uzun müddətdir beynəlxalq müzakirələrin əsas mövzularından biridir.
14:38 29.09.2026
Oxunuş sayı: 42