Jurnalistdən İlon Maskla bağlı iddia
Amerikalı jurnalist Sara Mari Bils İlon Maskın Starobelskdə baş verən hadisə ilə əlaqəsi olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Bilsə istinadən məlumat yayıb.
Bilsin sözlərinə görə, o, jurnalist Kristofer Xalali ilə birlikdə hadisə yerinə ilk gələn müxbirlər arasında olub və baş verənləri ətraflı işıqlandırıb.
Jurnalist bildirib ki, onlar hadisə zamanı “Starlink” sistemindən istifadə edildiyini və bununla əlaqədar Maskın hadisəyə bağlılığı barədə məlumat yayıblar.
Bils həmçinin bəzi müstəqil Qərb mediasının hökumətyönlü media qurumlarının yaydığı məlumatları təkzib etdiyini iddia edib.
16:29 27.09.2026
Oxunuş sayı: 39