Azərbaycanda külək enerjisinin istehsalı 22 dəfəyə yaxın artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda külək elektrik stansiyalarında 726,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Crossmedia.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 21,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanda 17 milyard 887,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 2,4 % azdır. Bunun 17 milyard 376,5 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 1,9 % azdır.
Bunun 2 milyard 498,9 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 10,7 % artıb), 13 milyard 549,8 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (- 8,8 %), 154,9 milyon kVt/saat biokütlə və tullantıların yandırılmasından alınan elektrik enerjisi (+5,6 %) istehsalının payına düşür.
Hesabat dövründə günəş elektrik stansiyalarında 446,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 9,4 % çoxdur.
12:19 17.09.2026
Oxunuş sayı: 55