Dörd ölkənin XİN başçıları İstanbulda görüşəcək
Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın xarici işlər nazirləri avqustun sonunda İstanbulda görüşəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Pakistanın xarici işlər naziri İshaq Dar türkiyəli həmkarı Hakan Fidanın dəvətini qəbul edərək görüşdə iştirak etməyə razılıq verib.
Görüşün gündəliyi və müzakirə olunacaq məsələlərlə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.
14:39 19.08.2026
Oxunuş sayı: 51