“Şimal axınları” ilə bağlı şübhəli Ukrayna vətəndaşı Xorvatiyada saxlanılıb
“Şimal axınları” qaz kəmərlərinə hücumlarla əlaqədə şübhəli bilinən Ukrayna vətəndaşı Xorvatiyada saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə Almaniya Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs peşəkar dalğıcdır.
Şübhəli şəxs ekstradisiya edildikdən sonra Almaniyada məhkəmə qarşısına çıxarılacaq.
Qeyd edək ki, “Şimal axınları” qaz kəmərlərində partlayışlar 2022-ci ilin sentyabrında baş verib.
13:37 19.08.2026
Oxunuş sayı: 46