Azərbaycanın ən gənc GENERAL-LEYTENANTI o oldu
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 hərbi qulluqçusuna “general-leytenant” ali hərbi rütbəsi verilib.
Crossmedia.az xəbər verir ki, general-leytenant ali hərbi rütbəsi verilən hərbçilərimizdən biri Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərovdur.
O, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. B.Ələkbərov Vətən müharibəsinin iştirakçısıdır.
Bu ilin dekabr ayında 39 yaşı tamam olacaq Babək Ələkbərov Azərbaycanın ən gənc general-leytenantıdır.(unikal)
15:50 17.08.2026
Oxunuş sayı: 53