Britaniyalı jurnalist Makronu tənqid etdi
Britaniyalı jurnalist Con Laflend Fransa Prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı açıqlamasını tənqid edib.
Crossmedia.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Avropanın Rusiya-Ukrayna münaqişəsində hədəflərini hələ də müəyyənləşdirə bilmədiyini bildirib.
Jurnalist Makronun Avropanın Ukrayna və özü üçün nə istədiyinə qərar verməli olduğu barədə fikirlərinə münasibət bildirərkən qeyd edib ki, müharibəyə təxminən beş ildir dəstək verən Avropa hələ də konkret məqsədlərini müəyyənləşdirməyib.
Laflend bu vəziyyəti təəssüf doğuran hal kimi qiymətləndirib.
Qeyd edək ki, Makron daha əvvəl Ukraynanın NATO-ya üzv olmalı olduğunu bildirmişdi. Fransa prezidenti Ukraynanın Avropanın ən güclü adi silahlı qüvvələrindən birinə malik olduğunu vurğulayaraq, Kiyevin gələcək Avropa təhlükəsizlik sistemində layiqli yer tutmalı olduğunu söyləmişdi.
22:19 15.11.2026
Oxunuş sayı: 91