Mixalkovdan süni intellektlə bağlı sərt açıqlama: Şeytanın bir hissəsidir
Rusiyalı rejissor və Xalq artisti Nikita Mixalkov süni intellektin nəzarətdən çıxma təhlükəsi yaratdığını bildirərək onu “şeytanın bir hissəsi” adlandırıb.
Crossmedia.az "Gazeta.ru" ya istinadən xəbər verir ki, Mixalkov bu fikirləri Yekaterinburqdakı “UGMK Arena”da keçirilən yaradıcılıq görüşündə səsləndirib.
Rejissorun sözlərinə görə, əsas problem süni intellekti kimin idarə edəcəyidir: insan, yoxsa süni intellekt insanı?
O, çıxışında ABŞ-də aviasiya sistemlərində baş verdiyi iddia edilən nasazlıqlara da toxunub. Mixalkov bəzi sistemlərin fəaliyyətinin dayanmasını nəzarətdən çıxan süni intellektin inkişafı ilə əlaqələndirən ehtimalların olduğunu bildirib.
Rejissor hesab edir ki, süni intellektin insan nəzarətindən çıxması ciddi təhlükələr yarada bilər.
Mixalkov daha əvvəl də süni intellekt və müasir münaqişələrlə bağlı mübahisəli açıqlamalarla çıxış edib.
20:57 15.11.2026
Oxunuş sayı: 101