Zaxarovadan Estoniyaya sərt reaksiya
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamaq planını yoxlayacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a bildirib.
Diplomat qeyd edib ki, Estoniya hakimiyyətinin belə bir planı həqiqətən varsa, bu, Rusiyaya qarşı növbəti aqressiv addım və rusofobiyanın təzahürü kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin tamamilə bağlanacağını açıqlayıb. Ölkənin Baş naziri Kristen Mixal da bu planı təsdiqləyib.
Estoniya tərəfi qərarı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin pilotsuz uçuş aparatları istehsal edən zavodun yandırılmasına cəhdlə əlaqəsi olduğu iddiası ilə əsaslandırıb.
Hadisə ilə bağlı səkkiz şübhəli saxlanılıb. Onların hamısının Latviya vətəndaşı olduğu bildirilib.
Bununla belə, Estoniya hakimiyyəti Rusiyanın hadisəyə aidiyyətini təsdiqləyən sübutlar təqdim etməyib. Moskva isə əvvəllər də oxşar ittihamları rədd edib.
00:00 16.11.2026
Oxunuş sayı: 60