Şahzadə Harri Ukraynaya səfər edib
Böyük Britaniya şahzadəsi Harri son iki ildə dördüncü dəfə Ukraynaya səfər edib.
Crossmedia.az xəbər verir ki, Ukraynanın "UNİAN" agentliyinin məlumatına görə, şahzadə Lvov şəhərinə gedərək Ümumukrayna “Məğlubedilməzlər Oyunları”nı izləyib.
Harri əlil arabasında reqbi yarışlarının tamaşaçısı olub.
Qeyd edək ki, şahzadə ötən il də apreldə və sentyabrda Ukraynaya səfər edib.
Xatırladaq ki, Harri və həyat yoldaşı Meqan Markl oktyabrın sonunda ailə daxilində yaşanan qalmaqaldan sonra övladları Arçi və Lilibetlə birlikdə Böyük Britaniyanı tərk edərək xaricə qısa müddətli istirahətə yollanmışdılar.
22:12 15.11.2026
Oxunuş sayı: 94