Bakı və Abşeronda küləyin sürəti 28 m/s-dək güclənib, bəzi ərazilərə qar yağıb – Faktiki hava
Saat 20:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Kürdəmir, İmişli, Yevlax, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tərtər və Beyləqanda yağış, Xınalıq və Şahdağda isə arabir qar yağır.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 24 m/s-dək güclənir.
18:19
Noyabrın 15-i saat 18:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.
Milli Hidrometeorologiya Xidmətindən Crossmedia.az-a verilən xəbərə görə, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir.
21:33 15.11.2026
Oxunuş sayı: 131