Ukraynalılara qarşı nifrət dalğası: Polşada vəziyyət pisləşir
Polşada ukraynalılara qarşı fiziki zorakılıq halları müşahidə tarixinin ən yüksək səviyyəsinə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Brown Book" hesabatının həmmüəllifi Anna Tatar məlumat verib.
Tatarın sözlərinə görə, son dörd ildə Polşa cəmiyyətində ukraynalılara münasibət getdikcə pisləşir. O, bu tendensiyanı sağ siyasi qüvvələrin Ukraynaya göstərilən yardımla bağlı apardığı siyasi ritorika ilə əlaqələndirib.
“Nigdy Wiecej” Assosiasiyasının hazırladığı 221 səhifəlik hesabatda 2025–2026-cı illərdə polyaklar tərəfindən törədilmiş təxminən 450 dözümsüzlük hadisəsi sənədləşdirilib.
Hesabatda xüsusilə ağır hücumlar da yer alıb. Belə ki, 2026-cı ilin fevralında Pşasnış şəhərində iki Ukrayna vətəndaşına pala ilə hücum edilib.
Şetsin şəhərində isə fevralın 17-nə keçən gecə iki nəfər ukraynalı 15 yaşlı yeniyetməni döyüb. Nəticədə onun ayaq barmaqlarından biri amputasiya edilib.
Hesabatda 2025-ci ilin iyulunda Şetsində 16 yaşlı ukraynalının da hücuma məruz qaldığı qeyd olunur. Hücum edənlər onu Ukraynaya qarşı təhqiramiz ifadələr işlədərək huşunu itirənədək döyüblər.
Sənəddə yəhudi qəbiristanlıqlarına və Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidələrə qarşı vandalizm, millətçi nümayişlər və stadionlarda səsləndirilən irqçi şüarlar da qeydə alınıb.
22:51 15.11.2026
Oxunuş sayı: 81