NATO 2027-ci il sammitini ləğv edə bilər – SƏBƏB
NATO hərbi xərclər, İran və Ukraynadakı müharibələrlə bağlı alyans daxilində yaranan fikir ayrılıqları səbəbindən 2027-ci ildə Albaniyada keçirilməsi planlaşdırılan sammiti təxirə salmağı nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, Albaniyanın Baş naziri Edi Rama sammitin 2027-ci ildə keçirilməyəcəyini bildirib. Onun sözlərinə görə, tədbirin hansı tarixə təyin olunacağı ilə bağlı hələ ümumi razılıq yoxdur. Lakin sammit 2028-ci ildə keçirilərsə, onun Tirana şəhərində baş tutması nəzərdə tutulur.
NATO-nun baş katibi Mark Rütte isə məsələ ilə bağlı birbaşa açıqlama verməkdən yayınaraq alyansın sammitlərin keçirilməsində çevik yanaşma nümayiş etdirdiyini və belə tədbirləri zərurət yarandıqda təşkil etdiyini bildirib.
AP qeyd edir ki, son illərdə NATO sammitləri hər il keçirilsə də, 2014-cü ilə qədər bu tədbirlər ildə iki dəfədən çox təşkil olunmurdu.
Daha əvvəl “Politico” nəşri alyansın qərargahının 2027-ci il sammitinin Albaniyada keçirilməsi ilə bağlı narahatlıq keçirdiyini yazmışdı. Buna səbəb ölkənin NATO üzvləri arasında müdafiə xərclərinə ən az vəsait ayıran dövlət olması və bunun ABŞ Prezidenti Donald Trampla yeni fikir ayrılıqlarına yol aça bilməsi idi.
NATO-nun məlumatına görə, Albaniya 2025-ci ildə müdafiə xərclərinə ÜDM-nin 1,48 faizini ayıraraq alyansın 32 üzvü arasında sonuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, 2026-cı ilin iyulunda Ankarada keçirilən NATO sammitinin proqramı da alyans daxilində hərbi xərclər, İran və Ukrayna ilə bağlı fikir ayrılıqlarını azaltmaq məqsədilə qısaldılmışdı.
20:34 15.11.2026
Oxunuş sayı: 129