SpaceX Starship raketinin yuxarı pilləsini ilk dəfə havada tutub
İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkəti Starship kosmik raketinin yuxarı pilləsini Yerə qayıdarkən xüsusi mexaniki qollar vasitəsilə havada tutmağa nail olub. “Chopsticks” (çubuqlar) adlandırılan bu nəhəng mexaniki qurğu raketin enişini təmin etmək üçün hazırlanıb.
Crossmedia.az BBC-ə istinadən məlumat verir.
SpaceX Starship raketinin yuxarı pilləsini ilk dəfə havada tutub
ABŞ-nin “SpaceX” şirkəti “Starship” kosmik raketinin yuxarı pilləsini Yerə qayıdarkən xüsusi mexaniki qollar vasitəsilə havada tutmağa nail olub. Bu, şirkətin raketin tam təkrar istifadə edilə bilməsi istiqamətində həyata keçirdiyi sınaqlarda mühüm texnoloji nailiyyət hesab olunur.
Noyabrın 13-də Texas ştatındakı Starbase kosmodromundan buraxılan 124 metr hündürlüyündəki “Starship” raketi uçuş zamanı iki hissəyə ayrılıb. Raketin aşağı pilləsi olan “Super Heavy” gücləndiricisinin buraxılış meydançasına qaytarılması planlaşdırılsa da, texniki problem səbəbindən bu cəhd dayandırılıb. Nəticədə gücləndirici Meksika körfəzinə yönəlib və suya düşərkən partlayıb.
Bununla belə, raketin yuxarı pilləsi missiyasını davam etdirərək Yer ətrafında 14 dövrə vurub və təxminən 22,5 saat sonra Texasdakı buraxılış meydançasına qayıdıb. Şirkət bu mərhələdə ilk dəfə olaraq raketin yuxarı hissəsini buraxılış qülləsindəki “Mechazilla” adlandırılan nəhəng mexaniki qollarla havada tutmağa nail olub.
Qeyd edək ki, “Starship” indiyədək yaradılmış ən böyük və ən güclü kosmik raket hesab olunur. “SpaceX” onun tam təkrar istifadə edilə bilən kosmik nəqliyyat vasitəsinə çevrilməsini hədəfləyir. Bu texnologiyanın gələcəkdə kosmik uçuşların xərclərini azaltması və Ay, eləcə də Mars missiyalarını asanlaşdırması gözlənilir.
22:15 15.11.2026
Oxunuş sayı: 109