ABŞ Yaxın Şərqə üçüncü nüvə aviadaşıyıcısını göndərir
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Theodore Roosevelt” nüvə aviadaşıyıcısı noyabrın 16-da Yaxın Şərq regionuna çatacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, aviadaşıyıcı yaxın 24 saat ərzində regionda artıq yerləşən digər iki aviadaşıyıcıya qoşulacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 12-də İranla bağlı münaqişədə daha sərt addımların atılmasından bir sıra Yaxın Şərq ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının xahişi ilə hələlik çəkindiklərini bildirmişdi.
ABŞ dövlət katibi Marko Rubio isə noyabrın 13-də Vaşinqtonun hazırda İrana qarşı hərbi əməliyyatlara ehtiyac görmədiyini açıqlamışdı. Onun sözlərinə görə, ABŞ tərəfi İrana ciddi iqtisadi zərər vurulduğunu hesab edir.
Bununla belə, yeni aviadaşıyıcının regiona göndərilməsi ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunun genişləndirilməsi baxımından diqqət çəkir.
22:37 15.11.2026
Oxunuş sayı: 105