CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

22:50 27.06.2025

Tramp: “Xameneyini xilas etdim, amma təşəkkür belə etmədi”

380

ABŞ prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneyinin son bəyanatlarını kəskin tənqid edib. Crossmedia.az xəbər verir ki, o, sosial şəbəkə platforması “Truth Social” hesabında paylaşdığı açıqlamada bildirdiyinə görə, Xameneyinin ritorikasına cavab olaraq, Vaşinqtonun İrana qarşı tətbiq olunan sanksiyaların yumşaldılması istiqamətində apardığı bütün səylər dayandırılıb. “Mən Xameneyinin harada gizləndiyini dəqiq bilirdim və İsrailə və ya ABŞ Silahlı Qüvvələrinə onun həyatına son qoymağa icazə vermədim. Onu çox çirkin və utancverici ölümdən xilas etdim. Amma o, ‘Təşəkkürlər, Prezident Tramp’ deməyi belə lazım bilmədi”, – deyə Tramp qeyd edib. Tramp paylaşımında əlavə edib ki, müharibənin son mərhələsində İsrailin birbaşa Tehrana yönələn və genişmiqyaslı dağıntılara səbəb ola biləcək hücumunu dayandırmaq üçün müdaxilə edib: “Mən İsraildən həlledici zərbə ərəfəsində birbaşa Tehrana gedən böyük bir təyyarəni geri çağırmasını tələb etdim. Bu, şübhəsiz ki, bütün müharibənin ən böyük hücumu olardı”. Tramp Xameneyinin bəyanatlarını “qəzəb, nifrət və ikrahla dolu” adlandıraraq bildirib ki, bu cür ritorika ABŞ-ni İrana qarşı güzəşt və yaxınlaşma imkanlarından tamamilə uzaqlaşdırıb. Onun sözlərinə görə, bu addım ABŞ-nin İranla bağlı siyasətində dönüş nöqtəsi olub.

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR